İş barədə məlumat:
- Restoranın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək.
- Restoranın performansını izləmək və təkmilləşdirmək üçün müvafiq tədbirlər görmək
- Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirməsinə nəzarət etmək.
- Restoranda sənədləşmə işlərinin aparılması, hesabat sənədlərinin tərtibi və göndərilməsini təmin etmək.
- Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək.
- Restoran heyətini idarə etmək, təlimlər keçirmək və işçilərin inkişafını təmin etmək
- İşçi heyəti üçün vaxtlı vaxtında qiymətləndirmənin təşkil olunması təmin etmək.
- Məhsulları müəyyən olunmuş standartlar və qaydalar əsasında hazırlanmasını təmin etmək.
- Restoranın müvafiq iş rejimi əsasında vaxtlı vaxtında açılmasını və bağlanmasını təmin etmək.
- Restoranda xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək və müvafiq tədbirlər görmək.
- Sifarişlərin müştərilərə göndərilməsinin və hazırlanmasının düzgünlüyünə nəzarəti həyata keçirmək.
- Müştəri rəylərini izləmək və həll etmək
- Restoranın satış planının icrasını təmin etmək.
- Xərcləri idarə etmək.
- Restoranda sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək
- SOP və daxili prosedurların yerinə yetirilməsinə nəzarət etmək
- Lazım gəldikdə, müxtəlif vəzifələrdə komanda üzvlərinə kömək etmək
- Restoranin təmizliyinə və səliqəli saxlanılmasına cavabdeh olmaq
- Filialın texniki və təmirat ehtiyaclarını idarə etmək.
- Texniki xidmət və təmir işlərinin vaxtında və effektiv şəkildə yerinə yetirilməsini təmin etmək.
- Müştəri məmnuniyyəti üçün çalışmaq.
Namizədə tələblər:
- Müvafiq sahədə (Restoran meneceri və ya Direktoru kimi) 1-3 il təcrübə
- Dil bilikləri: mütləq səlis azərbaycan dili, ingilis ve ya rus dili arzuolunandır
- Yaş 25-40
- Komandada işləmək bacarığı
- Punktual, məsuliyyətli, stressə davamalı, detallara diqqətli, səlis nitqli
- İdarəetmə və problem həll etmə bacarığı olmalı
- Güclü liderlik və idarəetmə bacarıqları.
- Yüksək səviyyədə ünsiyyət və interpersonal bacarıqlar.
- Analitik düşüncə və problem həll etmə qabiliyyəti.
- Maliyyə və büdcə ilə işləməyin təcrübəsi
- Qida təhlükəsizliyi və gigiyena standartları üzrə dərin biliklər və ya sertifikat.
- Restoran mühiti, uzun saatlar və çevik iş saatları tələb oluna bilər.
- Fərqli növbələrdə işləmək bacarığı.
- Şəbəkə daxilində müxtəlif filiallarda işləmək üçün hazırlıqlı olmaq.
İş şəraiti:
- Gənc və dinamik komandada işləmək imkanı
- Karyera inkişafı
- Sürətlə inkişaf edən şirkətin komanda üzvü olmaq imkanı
- 6 günlük iş rejimi.
- Nahar şirkət tərəfindən təqdim edilir.
- Əlavə iş saatına görə ödəniş
Müraciət üçün:
CV-lərinizi başlıqda “Restoran direktoru” yazaraq [email protected] ünvanına göndərə bilərsiniz.
Həmçinin aşağıdakı formanı doldura bilərsiniz
- Restoranın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək.
- Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirməsinə nəzarət etmək.
- Restoranda sənədləşmə işlərinin aparılması, hesabat sənədlərinin tərtibi və göndərilməsini təmin etmək.
- Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək.
- Məhsulların müəyyən olunmuş standartlar və qaydalar əsasında hazırlanmasını təmin etmək.
- Əsas vəsaitlərə və az qiymətli istehlak materiallarına nəzarət etmək.
- Restoranın müvafiq iş rejimi əsasında vaxtında açılmasını və bağlanmasını təmin etmək.
- Restoranda xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək və müvafiq tədbirlər görmək.
- Sifarişlərin müştərilərə göndərilməsinin və hazırlanmasının düzgünlüyünə nəzarət etmək.
- Restoranın satış planının icrasını təmin etmək.
- Müştəri məmnuniyyəti üçün çalışmaq.
- Sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək.
- SOP və daxili prosedurların yerinə yetirilməsinə nəzarət etmək.
- Lazım gəldikdə, müxtəlif vəzifələrdə komanda üzvlərinə kömək etmək.
- Restoranın təmizliyinə və səliqəli saxlanılmasına cavabdeh olmaq.
- Filialın texniki və təmirat ehtiyaclarını idarə etmək.
- Texniki xidmət və təmir işlərinin vaxtında və effektiv şəkildə yerinə yetirilməsini təmin etmək.
- İşçi heyətinin təlim və inkişafını təmin etmək.
Namizədə tələblər:
- Müvafiq sahədə (supervayzer, menecer, novbe meneceri kimi) 1 il təcrübə
- Dil bilikləri: mütləq səlis azərbaycan dili, ingilis ve ya rus dili arzuolunandır
- Yaş 20-35
- Komandada işləmək bacarığı
- Punktual, məsuliyyətli, stressə davamalı, detallara diqqətli, səlis nitqli
- Güclü liderlik və idarəetmə bacarıqları.
- Yüksək səviyyədə ünsiyyət və interpersonal bacarıqlar.
- Analitik düşüncə və problem həll etmə qabiliyyəti.
İş şəraiti:
- Gənc və dinamik komandada işləmək imkanı
- Karyera inkişafı
- Sürətlə inkişaf edən şirkətin komanda üzvü olmaq imkanı
- 6 günlük iş rejimi.
- Nahar şirkət tərəfindən təqdim edilir.
- Müxtəlif qrafiklə iş
- Müxtəlif filiallarda iş
Müraciət üçün:
CV-lərinizi başlıqda “Növbə Meneceri” yazaraq [email protected] ünvanına göndərə bilərsiniz.
Həmçinin aşağıdakı formanı doldura bilərsiniz
Namizədə tələblər:
- Yaş 18-40
- Şəxsi nəqliyyat vasitəsi (kateqoriya uyğun sürücülük vəsiqəsi)
- Nizam-intizamlı olmalı, verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirməli
- Naviqatordan istifadə (WAZE) bacarığı
- Səliqəli görünüş (hər zaman üzü təraşlı)
- Danışıq və davranış qaydalarını bilməli
- Şirkət daxili qaydalara tam şəkildə riayət etmək
- Sifarişin vaxtında ünvana səliqəli və qüsursuz çatdırılması
- Hesabın düzgün verilməsi və qalığın müştəriyə qaytarılması
- Bukletlərin paylanılması
İş şəraiti:
- İş vaxtı 6 günlük
- Rəsmiləşdirmə
- Aylıq gəlir 900-1300 azn
- Nahar və forma şirkət tərəfindən verilir
- Karyera inkişafına şərait yaradılır
İş yeri:
- Bakı şəhəri
- Sumqayıt şəhəri
Vəzifənin təsviri:
- Restoranın müxtəlif stansiyalarında (mətbəx, kassa, zal) işləyərək müştərilərimizə yüksək keyfiyyətli xidmət göstərəcək, komandanı dəstəkləyəcək və restoranın gündəlik fəaliyyətlərini səlis və effektiv şəkildə idarə edəcəksiniz.
- Gülərüzlülüyünüz və enerjinizlə mühitə canlılıq qatacaq, müştərilərimizin məmnuniyyətini ən üst səviyyəyə çatdıracaqsınız.
- Mətbəx stansiyası: Pizzaların hazırlanması, təmizlik və gigiyena qaydalarına riayət edilməsi;
- Kassa stansiyası: Müştərilərin sifarişlərinin qəbul edilməsi, ödənişlərin dəqiq həyata keçirilməsi;
- Zal stansiyası: Müştərilərin qarşılanması, xidmət göstərilməsi və masaların təmizliyinin təmin edilməsi.
Tələblər:
- Təcrübə tələb olunmur – biz sizi öyrədəcəyik!
- Yaş həddi: 18-35;
- Pozitiv, enerjili və məsuliyyətli olmaq;
- Komanda ilə işləmək bacarığı;
İş şəraiti:
- Mehriban və gənc kollektivdə çalışma imkanı;
- Karyera yüksəlişi və peşəkar inkişaf perspektivləri;
- İş rejimi: 6 günlük iş qrafiki;
- Nahar və uniforma şirkət tərəfindən təmin olunur;
- Əlavə iş saatlarına görə əlavə ödəniş təmin olunur.
Vəzifənin təsviri:
- Filialda təmizlik işlərinin icra olunması, döşəməni silib-süpürmək, şüşələri silmək, stol və avadanlıqların tozunu almaq
- Dolablarda səliqəni təmin etmək
- Sanitar qovşaqların təmizliyini icra etmək
- Filial rəhbərliyi tərəfindən tapşırılan təmizlik işi ilə əlaqədar digər işləri yerinə yetirmək
- Qabların yuyulmasını icra etmək
- Tullantıların verilmiş təlimata əsasən tullanma məntəqəsinə aparılması
- Qrafik üzrə icra edilməli işləri məsuliyyətlə icra etməlidir
- İş saatı: 9 saat
- İş vaxtı : qrafikə əsasən
- İş rejimi : 6 günlük
- Əlavə saat ödənişi olur
- Nahar pulu şirkət tərəfindən aylıq olaraq 50 manat ödənilir.
- Ümumi əmək haqqı 550 azn.
Namizədə tələblər:
- Səliqəli və təmizkar olmaq
- Operativ və məsuliyyətli şəxs olmaq
- Komanda ilə işləmək bacarığı
- Gigiyenik qaydalara riayət etmək
- Yaxşı ünsiyyət qabiliyyəti.
İş barədə məlumat:
- Təhkim edilmiş filiallar üzrə ən yüksək satış həcminə nail olmaq, müştəri mənmuniyyətini artırmaq, xərcləri və itkiləri maksimum azaltmaq, restoranın daimi fasiləsiz və yüksək səviyyədə fəaliyyətini və müştərilərə yüksək səviyyədə xidməti təmin etmək üçün həmin filiallara dəstək olmaq.
- Təhkim edilmiş filiallar üzrə əməliyyat standartlarına, işçi heyətinə və cədvəllərə nəzarət etmək.
- Potensial liderlərə mentorluq etmək və əvəzedicilərin yetişdirilməsini idarə etmək.
- Satış hədəflərinə çatmaq üçün təhkim edilmiş filiallara dəstək olmaq.
- Müxtəlif platformalarda yüksək müştəri məmnuniyyəti reytinqini/səviyyəsini saxlamaq.
- Davamlı təkmilləşmə üçün satış məlumatlarını və müştəri rəylərini təhlil etmək.
- Qida təhlükəsizliyi, təmizlik və əməliyyat standartlarına riayət olunmasını təmin etmək.
- Daxili və xarici audit üçün filialları hazırlamaq.
- Müntəzəm auditlər aparmaq və lazım gəldikdə düzəldici tədbirlər həyata keçirmək.
- Filialların performans göstəricilərini izləmək və təhlil etmək.
- Performansın təkmilləşdirilməsi üçün tədbirlər hazırlamaq və tətbiq etmə
- Filialların satış və marketinq fəaliyyətlərini idarə etmək və nəzarət etmək.
- Satış hədəflərinə çatmaq üçün strategiyalar hazırlamaq və həyata keçirmək
- Filial menecerləri və işçilərin inkişafını təmin etmək üçün təlimlər keçirmək və dəstək vermək.
- İşçilərin motivasiyasını və performansını artırmaq üçün tədbirlər görmək
- Filiallarda sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək.
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək
- Filial işçiləri ilə sıx əməkdaşlıq etmək və onlarla effektiv ünsiyyət qurmaq.
- İşçilərin inkişafı və təliminə fokuslanmaq, onların performansını artırmaq üçün tədbirlər görmək.
- Şirkətin mövcud Standart İş Prosedurlarını (SOP) və daxili qaydalarını izləmək və onların düzgün yerinə yetirilməsini təmin etmək.
- Yeni SOP-ları və şirkət qaydalarını tətbiq etmək və onların effektiv həyata keçirilməsini təmin etmək.
- SOP-ların və qaydaların icrasını nəzarət etmək və mütəmadi olaraq yenilikləri təklif etmək.
Namizədə tələblər:
- Restoran idarəçiliyi və ya oxşar sahədə ən azı 3 il iş təcrübəsi. Sürətli xidmət restoranları (QSR) və ya kafe formatlarında təcrübə arzuolunandır.
- Güclü layihə idarəetməsi, satış bacarığının olması, işçi heyətinin idarə edilməsi və maliyyə menecmenti üzrə biliklərin oması.
- Əla ünsiyyət, liderlik və işçilərlə kommunikasiya bacarıqları olmalıdır.
- Çevik, problem həlletmə bacarığı olmalıdır.
- Yüksək səviyyədə ünsiyyət və interpersonal bacarıqlar.
- Maliyyə idarəçiliyi və büdcə planlaşdırması təcrübəsi.
İş şəraiti:
- İş vaxtı qrafikə əsasən, 6 günlük iş rejimi.
- Təqdim olunmuş hədəflərə çatdıqda əmək haqqının 20%-i qədəri rüblük bonus
- Nahar verilir
* ilə işarələnmiş hissələrin doldurulması mütləqdir.