İş barədə məlumat:
- Restoranın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək.
- Restoranın performansını izləmək və təkmilləşdirmək üçün müvafiq tədbirlər görmək
- Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirməsinə nəzarət etmək.
- Restoranda sənədləşmə işlərinin aparılması, hesabat sənədlərinin tərtibi və göndərilməsini təmin etmək.
- Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək.
- Restoran heyətini idarə etmək, təlimlər keçirmək və işçilərin inkişafını təmin etmək
- İşçi heyəti üçün vaxtlı vaxtında qiymətləndirmənin təşkil olunması təmin etmək.
- Məhsulları müəyyən olunmuş standartlar və qaydalar əsasında hazırlanmasını təmin etmək.
- Restoranın müvafiq iş rejimi əsasında vaxtlı vaxtında açılmasını və bağlanmasını təmin etmək.
- Restoranda xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək və müvafiq tədbirlər görmək.
- Sifarişlərin müştərilərə göndərilməsinin və hazırlanmasının düzgünlüyünə nəzarəti həyata keçirmək.
- Müştəri rəylərini izləmək və həll etmək
- Restoranın satış planının icrasını təmin etmək.
- Xərcləri idarə etmək.
- Restoranda sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək
- SOP və daxili prosedurların yerinə yetirilməsinə nəzarət etmək
- Lazım gəldikdə, müxtəlif vəzifələrdə komanda üzvlərinə kömək etmək
- Restoranin təmizliyinə və səliqəli saxlanılmasına cavabdeh olmaq
- Filialın texniki və təmirat ehtiyaclarını idarə etmək.
- Texniki xidmət və təmir işlərinin vaxtında və effektiv şəkildə yerinə yetirilməsini təmin etmək.
- Müştəri məmnuniyyəti üçün çalışmaq.
Namizədə tələblər:
- Müvafiq sahədə (Restoran meneceri və ya Direktoru kimi) 1-3 il təcrübə
- Dil bilikləri: mütləq səlis azərbaycan dili, ingilis ve ya rus dili arzuolunandır
- Yaş 25-40
- Komandada işləmək bacarığı
- Punktual, məsuliyyətli, stressə davamalı, detallara diqqətli, səlis nitqli
- İdarəetmə və problem həll etmə bacarığı olmalı
- Güclü liderlik və idarəetmə bacarıqları.
- Yüksək səviyyədə ünsiyyət və interpersonal bacarıqlar.
- Analitik düşüncə və problem həll etmə qabiliyyəti.
- Maliyyə və büdcə ilə işləməyin təcrübəsi
- Qida təhlükəsizliyi və gigiyena standartları üzrə dərin biliklər və ya sertifikat.
- Restoran mühiti, uzun saatlar və çevik iş saatları tələb oluna bilər.
- Fərqli növbələrdə işləmək bacarığı.
- Şəbəkə daxilində müxtəlif filiallarda işləmək üçün hazırlıqlı olmaq.
İş şəraiti:
- Gənc və dinamik komandada işləmək imkanı
- Karyera inkişafı
- Sürətlə inkişaf edən şirkətin komanda üzvü olmaq imkanı
- 6 günlük iş rejimi.
- Nahar şirkət tərəfindən təqdim edilir.
- Əlavə iş saatına görə ödəniş
Müraciət üçün:
CV-lərinizi başlıqda “Restoran direktoru” yazaraq [email protected] ünvanına göndərə bilərsiniz.
Həmçinin aşağıdakı formanı doldura bilərsiniz
İş barədə məlumat:
- Sifarişləri müştərilərə vaxtında, təyinatı üzrə və gecikmə olmadan çatdırmaq
- Sifarişin düzgün şəkildə qəbul edilməsi və müştəriyə təhvil verilməsi
- Ödənişləri düzgün qəbul etmək və qalığı qaytarmaq
- Müştəri ilə yüksək xidmət göstərmək və düzgün ünsiyyət qurmaq
- Etibar olunan depozit məbləğinə və sifarişə maddi məsuliyyət daşımaq
Tələblər:
- Yaş: 18-50
- Gülərüz və yüksək xidmət göstərmək bacarığı
- Komanda ilə işləmək bacarığı
- Fəal, məsuliyyətli, punktual, stressə davamlı olmaq
- Şəxsi moto və ya avtomobilə malik olmaq
- Səliqəli görünüş (hər zaman üzü təraşlı)
- Naviqatordan (WAZE) istifadə bacarığı
İş şəraiti:
- Uniforma və nahar şirkət tərəfindən təmin edilir
- 6 günlük iş rejimi
CV-lərinizi başlıqda “Kuryer (avto, moto)” yazaraq [email protected] ünvanına göndərə bilərsiniz.
Əlavə məlumat üçün 0774721415 / 0502917735 nömrələrinə WhatsApp vasitəsilə yazaraq əlaqə saxlaya bilərsiniz.
Həmçinin aşağıdakı formanı doldura bilərsiniz
İş barədə məlumat:
- Sifarişləri müştərilərə vaxtında, təyinatı üzrə və gecikmə olmadan çatdırmaq
- Sifarişin düzgün şəkildə qəbul edilməsi və müştəriyə təhvil verilməsi
- Ödənişləri düzgün qəbul etmək və qalığı qaytarmaq
- Müştəri ilə yüksək xidmət göstərmək və düzgün ünsiyyət qurmaq
- Etibar olunan depozit məbləğinə və sifarişə maddi məsuliyyət daşımaq
Tələblər:
- Yaş: 18-35
- Gülərüz və yüksək xidmət göstərmək bacarığı
- Komanda ilə işləmək bacarığı
- Fəal, məsuliyyətli, punktual, stressə davamlı olmaq
- Səliqəli görünüş (hər zaman üzü təraşlı)
- Naviqatordan (WAZE) istifadə bacarığı
İş şəraiti:
- Uniforma və nahar şirkət tərəfindən təmin edilir
- 6 günlük iş rejimi
CV-lərinizi başlıqda “Piyada kuryer” yazaraq [email protected] ünvanına göndərə bilərsiniz.
Əlavə məlumat üçün 0774721415 / 0502917735 nömrələrinə WhatsApp vasitəsilə yazaraq əlaqə saxlaya bilərsiniz.
Həmçinin aşağıdakı formanı doldura bilərsiniz
Vəzifənin təsviri:
- Restoranın müxtəlif stansiyalarında (mətbəx, kassa, zal) işləyərək müştərilərimizə yüksək keyfiyyətli xidmət göstərəcək, komandanı dəstəkləyəcək və restoranın gündəlik fəaliyyətlərini səlis və effektiv şəkildə idarə edəcəksiniz.
- Gülərüzlülüyünüz və enerjinizlə mühitə canlılıq qatacaq, müştərilərimizin məmnuniyyətini ən üst səviyyəyə çatdıracaqsınız.
- Mətbəx stansiyası: Pizzaların hazırlanması, təmizlik və gigiyena qaydalarına riayət edilməsi;
- Kassa stansiyası: Müştərilərin sifarişlərinin qəbul edilməsi, ödənişlərin dəqiq həyata keçirilməsi;
- Zal stansiyası: Müştərilərin qarşılanması, xidmət göstərilməsi və masaların təmizliyinin təmin edilməsi.
Tələblər:
- Təcrübə tələb olunmur – biz sizi öyrədəcəyik!
- Yaş həddi: 18-35;
- Pozitiv, enerjili və məsuliyyətli olmaq;
- Komanda ilə işləmək bacarığı;
İş şəraiti:
- Mehriban və gənc kollektivdə çalışma imkanı;
- Karyera yüksəlişi və peşəkar inkişaf perspektivləri;
- İş rejimi: 6 günlük iş qrafiki;
- Nahar və uniforma şirkət tərəfindən təmin olunur;
- Əlavə iş saatlarına görə əlavə ödəniş təmin olunur.
Müraciət üçün:
CV-lərinizi başlıqda “Briqada üzvü” yazaraq [email protected] ünvanına göndərə bilərsiniz və yaxud aşağıdakı formanı doldura bilərsiniz.
Əlavə məlumat üçün 0774721415 / 0502917735 nömrələrinə WhatsApp vasitəsilə yazaraq əlaqə saxlaya bilərsiniz.
İş barədə məluma:
- Sifarişləri müştərilərə vaxtında, təyinatı üzrə və gecikmə olmadan çatdırmaq
- Sifarişin düzgün şəkildə qəbul edilməsi və müştəriyə təhvil verilməsi
- Ödənişləri düzgün qəbul etmək və qalığı qaytarmaq
- Müştəri ilə yüksək xidmət göstərmək və düzgün ünsiyyət qurmaq
- Etibar olunan depozit məbləğinə və sifarişə maddi məsuliyyət daşımaq
Namizədə tələblər:
- Yaş: 18-35 500
- Gülərüz və yüksək xidmət göstərmək bacarığı
- Komanda ilə işləmək bacarığı
- Fəal, məsuliyyətli, punktual, stressə davamlı olmaq
- Səliqəli görünüş (hər zaman üzü təraşlı)
- Naviqatordan (WAZE) istifadə bacarığı
- Velosiped sürmək bacarığı olmalı
İş şəraiti:
- Uniforma və nahar şirkət tərəfindən təmin edilir
- 6 günlük iş rejimi
CV-lərinizi başlıqda “Kuryer (avto, moto)” yazaraq [email protected] ünvanına göndərə bilərsiniz.
Əlavə məlumat üçün 0774721415 / 0502917735 nömrələrinə WhatsApp vasitəsilə yazaraq əlaqə saxlaya bilərsiniz.
Həmçinin aşağıdakı formanı doldura bilərsiniz
İş barədə məlumat:
- Qida və Sənaye avadanlıqlarına texniki xidmət, texniki baxış, servis xidməti və validasiya xidmətlərinin göstərilməsi və yenisi ilə əvəz edilməsinin təşkili;
- İş prosesini həyata keçirən bütün təhlükəsizlik norma və standartlarına əməl edilməsi;
- İcra edilən işlərin qeydiyyata alınması və hesabatların təqdim edilməsi;
- Avadanlıqların ehtiyat hissələrinin araşdırılması ve tapılması;
- Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi;
- Bütün avadanlıqların vaxtında profilaktik işlərinin təşkili;
- Zəruri hallarda təmir işlərinin icra edilməsi;
- Bütün avadanlıqların inventara daxil edilməsi;
- Bütün avadanlıqların qeydiyyatı və tarixlər üzrə işlərin aparılması;
- Daimi bazarı araşdırıb autsors (kənar) ustaların tapılması;
Namizədə tələblər:
- Yaş 25-45;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Şəxsi nəqliyyat vəsitəsinin olması mütləqdir;
- Alət və avadanlıqlar ilə işləmə bacarıqları;
- Elektrik, mətbəx və digər avadanlıqları üzrə anlayış və təmir etmə bacarığı;
- Verilən tapşırığı sərbəst araşdırma qabiliyyəti;
- İşində dəqiq, məsuliyyətli və komandada işləmək bacarığı;
- Operativ və nizam-intizamlı;
İş şəraiti:
- İş vaxtı qrafikə əsasən, 6 günlük;
- Nahar şirkət tərəfindən ödənilir;
Müraciət üçün:
CV-lərinizi başlıqda “Texniki istismar üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərə bilərsiniz.
Həmçinin aşağıdakı formanı doldura bilərsiniz
İş barədə məlumat:
- Qida və sənaye avadanlıqlarına texniki xidmət, texniki baxış, servis xidməti və validasiya xidmətlərinin göstərilməsi.
- Avadanlıqların yenisi ilə əvəz edilməsinin təşkili və bununla bağlı planlamaların aparılması.
- İş proseslərini təhlükəsizlik norma və standartlarına uyğun şəkildə idarə etmək.
- Komanda işini təşkil etmək, icra edilən işlərin qeydiyyatını aparmaq və hesabatların təqdim edilməsinə nəzarət.
- Avadanlıqların ehtiyat hissələrinin araşdırılması, əldə edilməsi və təminatın təşkili.
- Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəricilərinə əməl edilməsinə nəzarət.
- Bütün avadanlıqların profilaktik işlərini və zəruri hallarda təmir işlərini koordinasiya etmək.
- Avadanlıqların inventarizasiyasını aparmaq və qeydiyyat sistemini effektiv idarə etmək.
- Bazar araşdırması apararaq autsors (kənar) ustaların cəlb olunmasını təşkil etmək.
Namizədə tələblər:
- Yaş: 30-50.
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə təcrübə.
- Komanda idarə etmə və iş proseslərinin effektiv koordinasiyası bacarığı.
- Ofis proqramları (MS Office və s.) üzrə biliklər.
- Elektrik, mətbəx və digər sənaye avadanlıqları üzrə biliklər, təmir və texniki xidmət üzrə təcrübə.
- Analitik düşünmə, operativ qərarvermə qabiliyyəti və məsuliyyətlilik.
- Dəqiq, nizam-intizamlı, problemlərin həllində yaradıcı yanaşma qabiliyyəti.
İş şəraiti:
- İş vaxtı cədvəlinə əsasən, 6 günlük
- Nahar şirkət tərəfindən ödənilir.
Müraciət üçün:
CV-lərinizi başlıqda “Texniki istismar üzrə baş mütəxəssis” yazaraq [email protected] ünvanına göndərə bilərsiniz.
Həmçinin aşağıdakı formanı doldura bilərsiniz
İş barədə məlumat:
- Videoyazıların monitorinqini icra etmək;
- Şübhəli halların və digər uyğunsuzluqların müəyyən edilməsi və analiz edilməsi;
- Müvafiq bölmələrin aşkarlanmış insidentlər barədə vaxtında məlumatlandırmaq;
- Videoyazıların gələcəkdə istifadə olunma ehtimalı yarandıqda baxılması üçün saxlanması və arxivlənməsi işinin təşkil etmək və icra etmək;
- Tələb olunan hesabatları tərtib etmək və rəhbərliyə təqdim etmək;
- Müştəri məmnuniyyəti üçün çalışmaq;
Namizədə tələblər:
- Ali təhsil;
- Xüsusən “fast-food” sahəsində 1-3 il təcrübə mütləqdir;
- Dil bilikləri: mütləq səlis azərbaycan dili, rus dili arzuolunandır;
- Yaş 20-35;
- Komanda ilə işləmək bacarığı;
- Punktual, məsuliyyətli, stressə davamlı, detallara diqqətli, səlis nitqli;
İş şəraiti:
- Gənc və dinamik komandada işləmək imkanı
- Karyera inkişafı
- Sürətlə inkişaf edən şirkətin komanda üzvü olmaq imkanı
- 6 günlük iş rejimi.
- Nahar şirkət tərəfindən ödənilir.
Müraciət üçün:
CV-lərinizi başlıqda “Video monitorinq operatoru” yazaraq [email protected] ünvanına göndərə bilərsiniz.
Həmçinin aşağıdakı formanı doldura bilərsiniz
İş barədə məlumat:
- Çağrı mərkəzi bölməsinin işinin idarə olunması
- Tələb olunan hesabatların hazırlanması və rəhbərliyə məlumat verilməsi
- Danışıq etikasına əsasən, daxil olan zənglərin cavablandırılmasına nəzarət etmək və zəruri hallarda icra etmək
- Təqdim edilmiş maliyyə və əməliyyat hədəflərinə çatmaq üçün işin təşkili
- Çağrı mərkəzi heyətinin bilik və bacarığının inkişaf etdirilməsi
- Müştərilərdən daxil olan sifarişlərin düzgün qəbul edilməsi və yönləndirilməsinə nəzarət edilməsi
- Zəruri olduğu halda zəng vasitəsilə sorğuların icra olunması
- WhatsApp və onlayn platformalar üzərindən sifarişlərin qəbul edilməsinə nəzarət etmək
- Müştərilərdən daxil olan təklif və şikayətlərin qəbul edilib, müvafiq şöbəyə yönləndirilməsinə nəzarət etmək
- Çağrı Mərkəzi vasitəsilə satışların düzgün şəkildə həyata keçirilməsinə nəzarət etmək
- Müştərilərə məhsul/endirim/aksiya/yeni açılmış filiallar barədə dəqiq və ətraflı məlumatın təqdim edilməsinə nəzarət etmək
- Müştəri məmnuniyyəti üçün çalışmaq
Namizədə tələblər:
- Çağrı mərkəzinin rəhbəri kimi minimum 1-3 il təcrübə
- Komanda idarəetmə təcrübəsi mütləqdir
- MS Office, xüsusən Excel ilə yüksək səviyyədə işləmək bacarığı olmalıdır
- Bakı şəhər üzrə əraziləri tanımalıdır və naviqasiya proqramlarından istifadə etmək bacarığı olmalıdır
- Dil bilikləri: mütləq səlis azərbaycan dili və rus dili səlis danışıq arzuolunandır
- Komandada işləmək bacarığı
- Punktual, çevik, məsuliyyətli, detallara diqqətli.
İş şəraiti:
- Gənc və mehriban kollektivdə iş
- İş vaxtı 6 günlük
- Təqdim olunmuş hədəflərə çatdıqda əmək haqqının 20%-i qədəri rüblük bonus
- Nahar şirkət tərəfindən aylıq ödənilir.
Müraciət üçün:
CV-lərinizi başlıqda “Çağrı mərkəzinin rəhbəri” yazaraq [email protected] ünvanına göndərə bilərsiniz.
Həmçinin aşağıdakı formanı doldura bilərsiniz
İş barədə məlumat:
- Danışıq etikasına əsasən, daxil olan zənglərin cavablandırılması
- Müştərilərdən daxil olan sifarişlərin düzgün qəbul edilməsi və yönləndirilməsi
- Zəruri olduğu halda zəng vasitəsilə sorğuların icra olunması
- WhatsApp və onlayn sayt üzərindən sifarişlərin qəbul edilməsi
- Müştərilərdən daxil olan təklif və şikayətlərin qəbul edilib, müvafiq şöbəyə yönləndirilməsi
- Çağrı Mərkəzi vasitəsilə satışları həyata keçirmək
- Müştərilərə məhsul/endirim/aksiya/yeni açılmış filiallar barədə dəqiq və ətraflı məlumatın təqdim edilməsi
- Tələb olunan hesabatların tərtib olunması
- Müştəri məmnuniyyəti üçün çalışmaq
Namizədə tələblər:
- Tam orta təhsil
- Müvafiq sahədə minimum 1 il təcrübə arzuolunandır
- Bakı şəhər üzrə əraziləri tanımalıdır
- Naviqasiya proqramlarından istifadə etmək bacarığı olmalıdır
- Dil bilikləri: mütləq səlis azərbaycan dili və rus dili səlis danışıq
- Yaş 20-35
- Komandada işləmək bacarığı
- Punktual, məsuliyyətli, detallara diqqətli
İş şəraiti:
- İş vaxtı qrafikə əsasən;
- Nahar şirkət tərəfindən aylıq ödənilir;
Müraciət üçün:
CV-lərinizi başlıqda “Çağrı mərkəzinin təmsilçisi” yazaraq [email protected] ünvanına göndərə bilərsiniz.
Həmçinin aşağıdakı formanı doldura bilərsiniz
İş barədə məlumat:
- Təhkim edilmiş filiallar üzrə ən yüksək satış həcminə nail olmaq, müştəri mənmuniyyətini artırmaq, xərcləri və itkiləri maksimum azaltmaq, restoranın daimi fasiləsiz və yüksək səviyyədə fəaliyyətini və müştərilərə yüksək səviyyədə xidməti təmin etmək üçün həmin filiallara dəstək olmaq.
- Təhkim edilmiş filiallar üzrə əməliyyat standartlarına, işçi heyətinə və cədvəllərə nəzarət etmək.
- Potensial liderlərə mentorluq etmək və əvəzedicilərin yetişdirilməsini idarə etmək.
- Satış hədəflərinə çatmaq üçün təhkim edilmiş filiallara dəstək olmaq.
- Müxtəlif platformalarda yüksək müştəri məmnuniyyəti reytinqini/səviyyəsini saxlamaq.
- Davamlı təkmilləşmə üçün satış məlumatlarını və müştəri rəylərini təhlil etmək.
- Qida təhlükəsizliyi, təmizlik və əməliyyat standartlarına riayət olunmasını təmin etmək.
- Daxili və xarici audit üçün filialları hazırlamaq.
- Müntəzəm auditlər aparmaq və lazım gəldikdə düzəldici tədbirlər həyata keçirmək.
- Filialların performans göstəricilərini izləmək və təhlil etmək.
- Performansın təkmilləşdirilməsi üçün tədbirlər hazırlamaq və tətbiq etmə
- Filialların satış və marketinq fəaliyyətlərini idarə etmək və nəzarət etmək.
- Satış hədəflərinə çatmaq üçün strategiyalar hazırlamaq və həyata keçirmək
- Filial menecerləri və işçilərin inkişafını təmin etmək üçün təlimlər keçirmək və dəstək vermək.
- İşçilərin motivasiyasını və performansını artırmaq üçün tədbirlər görmək
- Filiallarda sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək.
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək
- Filial işçiləri ilə sıx əməkdaşlıq etmək və onlarla effektiv ünsiyyət qurmaq.
- İşçilərin inkişafı və təliminə fokuslanmaq, onların performansını artırmaq üçün tədbirlər görmək.
- Şirkətin mövcud Standart İş Prosedurlarını (SOP) və daxili qaydalarını izləmək və onların düzgün yerinə yetirilməsini təmin etmək.
- Yeni SOP-ları və şirkət qaydalarını tətbiq etmək və onların effektiv həyata keçirilməsini təmin etmək.
- SOP-ların və qaydaların icrasını nəzarət etmək və mütəmadi olaraq yenilikləri təklif etmək.
Namizədə tələblər:
- Restoran idarəçiliyi və ya oxşar sahədə ən azı 3 il iş təcrübəsi. Sürətli xidmət restoranları (QSR) və ya kafe formatlarında təcrübə arzuolunandır.
- Güclü layihə idarəetməsi, satış bacarığının olması, işçi heyətinin idarə edilməsi və maliyyə menecmenti üzrə biliklərin oması.
- Əla ünsiyyət, liderlik və işçilərlə kommunikasiya bacarıqları olmalıdır.
- Çevik, problem həlletmə bacarığı olmalıdır.
- Yüksək səviyyədə ünsiyyət və interpersonal bacarıqlar.
- Maliyyə idarəçiliyi və büdcə planlaşdırması təcrübəsi.
İş şəraiti:
- İş vaxtı qrafikə əsasən, 6 günlük iş rejimi.
- Təqdim olunmuş hədəflərə çatdıqda əmək haqqının 20%-i qədəri rüblük bonus
- Nahar verilir
CV-lərinizi başlıqda “Ərazi Meneceri” yazaraq [email protected] ünvanına göndərə bilərsiniz.
Həmçinin aşağıdakı formanı doldura bilərsiniz
* ilə işarələnmiş hissələrin doldurulması mütləqdir.